Mərakeşin hakim partiyasının rəsmisi: 'İsrail rejiminin səfiri ölkədən qovulmalıdır'

Mərakeşin hakim partiyasının rəsmisi: 'İsrail rejiminin səfiri ölkədən qovulmalıdır'

Mərakeşin hakim partiyasına bağlı Tövhid və İslah (Birlik və İslahat) hərəkatının lideri Əbdülrəhim Şeyxi Bəladə ölkənin İsrail rejimi ilə münasibətlərin normallaşmasından imtina etməsi və sionist rejimin səfirini Rabatdan qovulmasını istəyib.
 
Maide.Az "deyerler.org"a xəbər verir ki, Əbdülrəhim Şeyxi Bəladə Qüdslə bağlı milli konfransda Mərakeşin rəsmi qurumların sionist rejimlə imzalanan razılaşmadan çıxmalı olduğunu söyləyib.
 
Əbdülrəhim Şeyxi Bəladə işğalçı İsrail rejiminə qarşı Fələstinin tərəfində olmağın təkcə Fələstini müdafiə etmək sayılmadığını, həm də bu rejimlə münasibətlərin normallaşmasına qarşı özünü müdafiə etmək olduğunu bildirib.
 
 Arabi 21 saytının verdiyi məlumata görə, Əbdülrəhim Şeyxi Bəladə belə deyib: “İsrail rejimi ölkələrimizlə münasibətləri normallaşdırmaqla təhsil sistemimizə və mediamıza sızmağa, məlumat və düşüncələri təhrif etməyə və sionist hekayəsini həqiqət kimi göstərməyə çalışır.
 
İşğalçı İsrail rejimi sülh pərdəsi arxasında gizlənmiş düşmənimiz olmağa davam edəcək.
 
Biz, ərəb və İslam ümməti, sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxmaqla yanaşı, Fələstin məsələsini dəstəkləməyə davam etməli və daima Fələstin müqavimətini dəstəkləməliyik”.
 
O, Fələstin müqavimətinin sionist rejimlə əlaqələrin normallaşdırılması planlarını pozduğunu və ərəb xalqları arasında Fələstin problemini canlandırdığını söyləyib.
 

Google+ WhatsApp ok.ru