Malidə silahlı hücum zamanı 53 əsgər öldürülüb

Malidə silahlı hücum zamanı 53 əsgər öldürülüb

Malinin şimalında silahlıların hücumu nəticəsində öldürülən əsgərlərin sayı artıb.
 
Bu barədə rabitə naziri Yaya Sanqare bildirib.
 
"İndelimanda silahlı qüvvələrin mövqelərinə hücumdan sonra əraziyə göndərilən əlavə qüvvələr orada 54 meyit aşkarlayıb. Onlardan 1-i mülki vətəndaşdır. Həmin vaxt orada olan 10 nəfər sağ qalıb", - deyə "Sanqare özünün "Twitter"dəki səhifəsində yazıb. 
 
Nazir həmçinin əlavə edib ki, meyitlərin kimliyi məlum olub.  /Report
 

Google+ WhatsApp ok.ru