Milyonlarla qaçqın dondurucu soyuqda ölümə tərk edilir

Milyonlarla qaçqın dondurucu soyuqda ölümə tərk edilir

Hər gün dünyada müharibələr və zülm səbəbindən minlərlə insan doğma evindən didərgin düşür.
 
Maide.Az “dunyabulteni.net”ə istinadən xəbər verir ki, dünyada ən çox qaçqını olduğu ölkə hazırda Suriyadır. Təkcə 6,5 milyon insan ölkənin sərhədləri daxilində öz yurdunu tərk edərək başqa şəhər və kəndlərə qaçmaq məcburiyyətində qalıb.
 
Bundan başqa, 2 milyondan çox yəmənli də Səudiyyə Ərəbistanı zülmünə görə evlərindən didərgin düşüb.
 
Myanmada isə buddistlərin zülmünə görə 1 milyona yaxın Arakan müsəlmanı Banqladeşə sığınmalı olub.
 
Hazırda qaçqınların müharibə və zülmdən daha böyük təhlükəsi isə qarşıdan gələn dondurucu qış soyuqlarıdır. Qaçqınları öz ölkələrində qəbul etməyən inkişaf etmiş ölkələr milyonlarla insanı düşərgələrdə sel suları və dondurucu soyuqlar qarşısında çarəsiz qoyaraq kənardan seyr etməyi daha üstün tuturlar.
 

Google+ WhatsApp ok.ru