İmam Hüseyn (ə) hərəminin işçiləri İŞİD-lə mübarizəyə hazırdır – FOTO

İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) hərəmində (ziyarətgahında) çalışan 1800 nəfər İŞİD terror qruplaşması ilə mübarizə üçün tam hazırdır.
Maide.az-ın ABNA-ya istinadən məlumatına görə, İmam (ə) hərəminin işçiləri 3 dövr hərbi hazırlıq kurlsarında iştirak ediblər. Yüngül və ağır çaplı silahlardan istifadə qaydasını  öyrəniblər.
İmam Hüseyn (ə) hərəminin işçilərindən olan Hacı Fazil Evəz deyib ki, müctəhidlərimizin çağırışına ləbbeyk deyərək, İmam Hüseyn (ə) hərəminin müdafiəsi və İŞİD terrorçularını ölkəmizdən qovmaq məqsədi ilə bu hərbi hazırlıqlar kurslarında iştirak etmişik. “İndi biz İŞİD terrorçuları ilə mübarizəyə tam hazırıq”, -deyə Hacı Fazil deyib.
Məlumatda bildirilir ki, İmam Hüseyn (ə) hərəminin digər işçiləri üçün də təlimlər davam etdiriləcək. /

 


 

Google+ WhatsApp ok.ru