İmam Hüseyn (ə) hərəminin günbəzi dəyişdirilir

İmam Hüseyn (ə) hərəminin yeni günbəzinin hündürlüyü  hazırkı günbəzdən 7 metrə yarım daha hündür olacaq. Bunu Kərbəlada  Müqəddəs Ziyarətgahların Yenidənqurma Qərargahının məsul şəxslərindən olan Höccətül-İslam Müncezi deyib. 
 
Maide.az xəbər verir ki, Höccətül-İslam Müncezi deyib ki,  yeni günbəzin hündürlüyü minarələrin hündürlüyü ilə bərabər olacaq. “Hazırda Seyyidüş-Şühadanın (ə) hərəminin günbəzi hazırdır və üzərində qızıl suyla işləmər işlənilir. 
 
Onun sözlərinə görə, Kərbəlada  hazırda  insanların yardımı ilə çoxlu işlər görülür. “Günbəzin hazırlanması İranın Kirman əyalətində həyata keçirilir. Yeni günbəzi quraşdıranda  İmam Hüseyn (ə) qəbrinin ətrafındakı sütünlarda da bərkitmə işləri aparılacaq”
 
Höccətül-İslam Müncezi deyib ki,  yeni günbəzin dəyişdirilməsi hərəmin daxilindəki bərkitmə işləri ilə birlikdə 2 il vaxt aparacaq./
 

Google+ WhatsApp ok.ru