Vaşinqtonda silah səsləri

ABŞ-ın paytaxtı Vaşinqtondakı Konqres binasının da yerləşdiyi "US Capitol Complex"dəki ziyarətçi mərkəzində silah səsləri eşidildiyi bildirilib. Polisin binaya girişi bağlayaraq, insanlara təhdid olmadığı bildirilir. Maide.az xəbər verir ki, MSNBC təcavüzkarın həbs edildiyini bildirib.
 
Kapitoli polisi işçilərə göndərdiyi mesajda, kompleksin potensial təhdid üzündən tamamilə bağlandığını və heç kimin binaya giriş-çıxışına icazə verilməyəcəyini qeyd edib, ziyarətçilərin yerli vaxtla saat 15.30 radələrində mərkəzdən ayrılmasına icazə verildiyi bildirilib.

Google+ WhatsApp ok.ru