İmam Rzanın (ə) zərihinin yeni zərli örtüyü hazırlanır – FOTO

İmam Rzanın (ə) zərihinin yeni zərli örtüyü hazırlanır – FOTO

Həzrət İmam Rzanın (ə) mübarək məzarının üzərindəki zərihin (dəmir çərçivə) üzərinə örtülən parçanın tikilişi və qiymətli daşlarla bəzədilməsi prosesi davam etdirilir.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, zərihin üzərinə örtülən parçaya Fars dilində "Puş Səng" (daş ilə örtülmüş parça) deyilir. Çünki parçanın üzərinə qiymətli daşlarla bəzək vurulur.
 
Uzunluğu 192 sm, eni və hündürlüyü 92 sm olan bu parça xüsusi iş sexində hazırlanır. Parçanın üzərinə 3364 ədəd daşqaş və muncuq tikilir. Parça ümumilikdə 4000 kiçik və 344 böyük hissələrdən ibarətdir. Bu hissələr ayrılıqda tikilir və sonra birləşdirilir. Parçanın üzərində müxtəlif ölçülərdə iynə ilə işlənmiş 3020 düymə var.
 
Parça 6 ayə və 381 müqəddəs sözlə (Allahın adları, İmam Rzanın ləqəbəri, 14 məsumun adı və s) dizayn edilir.
 
Qeyd edək ki, bu parçanı incəsənət işlərində məharəti olan xanımlar hazırlayır və işin 90 faizi artıq bitib.
 
Parça Həzrət İmam Rzanın (ə) mövlud günü (3  iyul - 11 zil-qədə)  zərihin üzərinə örtüləcək.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru