Misirdə aksiyalarda mindən çox insan saxlanılıb

Misirdə aksiyalarda mindən çox insan saxlanılıb

Misirdə 20 sentyabrdan Prezident Əbdül- Fəttah əs-Sisinin istefasının tələbi yönündə keçirilən kütləvi aksiyalar zamanı mindən çox insan saxlanılaraq dindirilib.

Maide.Az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Lakin yerli fəallar iddia edirlər ki, saxlanılan şəxslərin sayı demək olar ki,  2 mini ötüb və onların arasında xarici vətəndaşlar da var.

Baş prokuror Həmad əs-Saui vətəndaşları bir neçə əyalətdəki meydanlarda və magistrallarda etiraz nümayişlərinə kimin təhrik etməsini  araşdırmağı tapşırıb. İstintaq çərçivəsində təhlükəsizlik kamera görüntülərinə baxılıb, eləcə də şübhəli şəxslərin sosial şəbəkədəki hesabları yoxlanılıb.

Google+ WhatsApp ok.ru