İndoneziyada Quran muzeyi açılıb

İndoneziyada Quran muzeyi açılıb

İndoneziyanın Şimali Sumatra əyalətindəki Medan şəhərində Qurani-Kərim Tarixi Muzeyi açılıb.

Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Quran Tarixi Muzeyinin eksponatları arasında biri İndoneziyada ən qədim nüsxə olmaqla, Müqəddəs Yazıların 22 tarixi əlyazması da var.

Muzeyin açılış mərasimində Şimali Sumatra Qubernatoru Edi Rahmayadi deyib ki, “Əyalətdə, o cümlədən Barus bölgəsində Qurani-Kərimin bir çox tarixi əlyazmaları var. Axtarışlarla məşğul olakən yaşı 250-dən çox olan nüsxələr tapmışıq. Bütün bu nüsxələr indi muzeydə nümayiş olunur.”

Google+ WhatsApp ok.ru