Misir qüvvələri Yəmənin cənubuna daxil olub

Yəmənin cənubunda yerli mənbələr misirli hərbçilərin bu ölkənin Təəz vilayətində Məxa limanından daxil olduqlarını bildiriblər.
Maide.az Türkiyənin Anadolu İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Misirin hərbi qüvvələri Təəz vilayətin Məxa strateji limanında eniblər və Husi qüvvələrinin Məxa limanı və Babül-Məndəbə çatmalarından öncə bu qüvvələrin yolunu bağlamaq niyyətindədirlər. Bunu  Yəmənin Təəz vilayətində yerli mənbələr şənbə günü elan edib. 
Məlumata görə, Əl-Husi qrupu qüvvələri Məxa şəhərinin girişində hərbi mövqeləri ələ keçiriblər. 
Bu arada Ərəbistan rəsmiləri bildiriblər ki, bu ölkənin dəniz qüvvələri iki hərbi gəmi və hərbi qırıcı təyyarəilə ən azı 86 ərəb, qeyri-ərəb və səudiyyəli diplomatları Yəmənin Ədən şəhərindən çıxara biliblər. 
Həmçinin Səudiyyə rejiminin  Əl-Həds televiziyasının verdiyi məlumata görə, BMT öz işçilərini Yəməndən çıxardığını bildirib. 
Digər tərəfdən Yəmənin Əl-Məsirə televiziyası məlumat verib ki, Ərəbistan qırıcı təyyarələri Yəmənin şimalında Sədə vilayətində qaz şirkətini bombalayıb. 
Ərəbistan qırıcıları şənbə günü Sədə vilayətinin mərkəzi həbsxanasının ətrafını, Əl-Bəqə bazarını da bombardman edib. /

Google+ WhatsApp ok.ru