Mövlanə Nizami bir neçə gün ərzində edam edilə bilər

1971-ci ildə milli azadlıq hərəkatının aktiv iştirakçısı və  ölkənin ən böyük partiyalaraından olan “Camaat-i İslam” Partiyasının lideri Motiur Rəhman Nizami haqqındakı çıxarılan ölüm hökmü icra oluna bilər. 
 
Maide.Az xarici mediaya istinadən xəbər  verir ki, Banqladeş höküməti Rəhman Nizami haqqındakı edam cəzasını təsdiqləyib. 
R. Nizami 1971-ci ildə Pakistana qarşı həyata keçirilən müstəqillik döyüşündə müharibə cinayətləri işlətdiyi ittihamı  ilə haqqında verilən edam cəzasına qarşı çıxaraq, Məhkəməyə müraciət etmişdi. Ancaq bu müraciətlərin hər biri cavabsız qalmışdır. 
Qeyd edək ki, 2014-cü ildə dini lider barəsində dövlət ittihamı əsasında çıxarılan edam qərarından 4 dəfə şikayət verilsə də, hər dəfə rədd cavabı alınıb.  Böyük ehtimalla, Banqladeş prezidenti edilən müraciəti qəbul etməmək haqqından istifadə edərək, onun edam hökmünü qüvvədə saxlayacaq.  
 
73 yaşlı islamçı lider soyqırım, cinayət, işgəncə və təcavüz daxil olmaqla, 16 cinayətdə  ittiham olunara mühakimə olunub. 
O 2000-ci ildən  “Camaat-I İslam” Partiyasının lideridir. O, 2001-2006-cı illərdə Banqladeşdə qurulan koalisiya hökumətində nazir olub. Banqladeş əhalisinin sayı 140 milyon nəfərdir ki, onların  90 faizi müsəlmandır.

Google+ WhatsApp ok.ru