Rusiyada zika təhlükəsi

Rusiya 24 kanalına müsahibə verən Rusiya insan sağlamlığı və İstehlakçını qorumaq qurumunun rəhbəri Anna Popova Rusiya iki nəfərdə zika virusuna təsadüf etdiklərini bildirib.
 
Müxtəlif səbəblərə görə 40 nəfərdə zika virusunu araşdırdırdıqlarını söyləyən Popova artıq bu xəstəliyin Rusiyaya da gəlib çıxdığını söyləyib.
 
"Müxtəlif səbəblərə görə insanlarda zika virusunun olub-olmadığını yoxladıq. Dominikandan dönən iki nəfərdə bu virusa rast gəldik. Bundan əlavə daha iki nəfərdə bu virusa rastlanıb, lakin onlar barədə rəy hələ  tamamilə dəqiq deyil."-deyə Anna Popova müsahibəsində bildirib. 
 
Braziliyada 2015-ci ildə başlayan Zika epidemiyası bütün dünyaya yayılmaq üzrədir. Aedes adlı ağcaqanadlar vasitəsilə yayılan bu xəstəlik yeni doğulan uşaqlara mikrosefaliyaya səbəb olur.

Google+ WhatsApp ok.ru