Myanmada müsəlmanlar yaşayan 5 kənd ordunun mühasirəsində qalıb 25 Oktyabr 2017 01:00 Dünya Həmin kəndlərdə ərzaq və dərman preparatlarının çatışmamazlığı var Myanma ordusu Raxin əyalətində müsəlmanlara məxsus 5 kəndi mühasirədə saxlayır. Maide.Az “İqna”-ya istinadən xəbər verir ki, Raxin əyalətində yerləşən yüzlərlə kəndin müsəlman sakinləri ordu qüvvələrinin və ifratçı buddistlərin hücum və zülmlərinə görə avqust ayının 25-dən etibarən həmin kəndləri boşaldaraq Banqladeşə sığınıb. Lakin bu 5 kəndin sakinləri yaşayış yerlərini tərk etməyib və ordu qüvvələrinin mühasirəsində qalır. Məlumata görə, onlara kəndlərin ərazisini tərk etməyə icazə verilmir. Bu həmin kəndlərdə ərzaq və dərman preparatlarının çatışmamazlığına səbəb olub. Hökumət humanitar yardımların da bu kəndlərə çatıdırlmasına icazə vermir. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 25 avqustdan indiyədək Myanma hökuməti, ordunun və ifratçı buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 600 mini keçib. Onların böyük əksəriyyəti qadın və uşaqlardır. Qaçqınların çox ağır şərtlər altında həyatla mübarizə apardığı bildirilir. Qaçqın düşərgələrində təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyac var. Teqlər : #Myanmada müsəlmanlar yaşayan 5 kənd ordunun mühasirəsində qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Rüqəyyanın (s.ə) şəhadəti münasibətilə Nəcəfül Əşrəfdə şəbeh məclisi keçirildi -FOTO Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO