Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv edilib

Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv edilib

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin  keçmiş qubernatoru  Mixail Saakaşvili bəyan edib ki, o Ukraynanın Prezident Administrasiyasından vətəndaşlıqdan məhrum edilmə barədə sənəd alıb.
 
Bu barədə İnterfaks-Ukrayna xəbər yayıb.
 
Saakaşvili məhkəmə qərarından şikayət verəcəyini apçıqlayıb.
 
«Mən bu gün, ya sabah məhkəməyə gedəcəm. Nəhayət, biz vətəndaşlıq üzrə Prezident Administrasiyasından sənədləri aldıq. Və biz mənim vətəndaşlıqdan məhrum olunmağımdan şikayət edəcəyik», - deyə o, bildirib.
 
Qeyd edək ki, bundan əvvəl  Ukraynanın Miqrasiya  Xidməti Odessa əyalətinin keçmiş rəhbəri Mixail Saakaşvilinin öz hüquqi statusunun nizama salınması məsələsinə məhəl qoymadığı üçün ölkədən çıxarıla biləcəyini elan etmişdi.(faktxeber)
 

Google+ WhatsApp ok.ru