Nəsrullah: Fələstin xalqının yeni intifadası müqavimət seçiminə dərin bilginin və inamın ifadəsidir

Hizbullahın lideri Seyyid Həsən Nəsrullah deyib ki, bu intifada Sionist rejimini çaşdırıb.
Maide.az xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən 6 noyabrda Beyrutda keçirilən “Fələstinə dəstək Beynəlxalq alimlər Konfransı”-ın iştirakçılarına videokonfrans vasitəsilə müraciətində,  Fələstin xalqının intifadasını və onların canfəşanlıqlarını, fədakarlıqlarını alqışlayaraq bildirib ki, bu intifadanın bir sıra dəstəklərə ehtiyacı var.
O əlavə edib: Regionda cari səylər budur ki, Fələstin xalqını düşmən qələmə verərək, ona qarşı etinasızlıq və məsuliyyətsizlik yaratsınlar, bununla da heç kim Qüdsü müdafiə etməsin.
Hizbullah lideri bu təhlükə barədə xəbərdarlıq edərək vurğulayıb: Hazırki intifadanın dəstəyə ehtiyacı var və bu İntifada müqəddəs dəyərləri və Məscid əl-Əqsanı müdafiə etmək iqtidarındadır.
 
Şəhidlik əməliyyatları Fələstin xalqının cihad ruhunun göstəricisidir
Nəsrullah qeyd edib: Biz Fələstində yeni mərhələ və davamlı şəhidlik əməliyyatları qarşısındayıq. Şəhidlik əməliyyatları Fələstin xalqının cihad ruhunun göstəricisidir.
O bildirib: Bugün Fələstində baş verənlər hamını öz məsuliyyətini dərk etməyə vadar edir. Keçmişə və gələcəyə aid olan və bizim hamımıza məlum olan odur ki, İsrail yalnız bir sionist məhsulu deyil, İsrail dünya imperializminin planı istiqamətində baş tutan beynəlxalq bir layihədir ki regionun tam mərkəzində əkilib.
Nəsrullah-“hər kəs hazırki mübarizəni dərk etməkdə səhv etsə, strateji bir səhvə yol vermiş olub”- deyərək, İsrailin dünya imperializminin ön xətti və müstəmləkəçi, imperialzim planının təmsilçisi olaraq regionu və İslam ümmətini hədəfə aldığını bildirib.
 
Müqəddəs dəyərləri qorumaq hamının borcudur
O deyib: Biz bütün fikir ayrılıqlarını bir kənara qoyaraq, Fələstin İntidafasının hərtərəfli dəstəklənməsinə çağırırq. Bu İntifadanın ən kiçik potensialı, Qüdsü və müqəddəs dəyərləri müdafiə etməkdir. Biz hesab ediriki ki, yaxın qələbə bu mübarizənin yekun nəticəsidir. /
 

Google+ WhatsApp ok.ru