News Front analitiki:‘İran ABŞ-ın hegemonluğuna son qoydu’

News Front analitiki:‘İran ABŞ-ın hegemonluğuna son qoydu’

Birinci hissə: Simfoniya
 
Birincisi, İran öz raket zərbələrini yerli vaxtla saat 01:20-də başladı, general Süleymaninin qətlindən düz beş gün sonra, eyni saatda.
 
İkincisi, seçilən hədəflər də təsadüfi deyildi – zərbələr endirilən hər üç baza bu və ya digər formada generalın qətli ilə əlaqəli idi.
 
Üçüncüsü, İran hərbçiləri bəyan etdilər ki, “əgər siz bizim hücumlarımıza cavab verməyə cəsarət etsəniz, biz Dubay və Hayfanı məhv edəcəyik”. Seçilən hədəflər ciddi düşünülmüşdü, bunlar ABŞ-ın regionda açar müttəfiqləridir. Faktiki olaraq bununla onlar “əgər siz generalın qətlinə cavab verməyə cəsarət etsəniz, biz sizin müəqddəs məkanlarınızı hədəf alacayıq”, deyən Trampı yerinə oturtdu.
 
Daha sonra, hücumların ardıcıllığı da düşünülmüşdü. Birinci dalğa hücumdan sonra amerikalılar Pentaqondan “mütləq cavab verəcəyik” zümzümə etməyə başladı və on dəqiqə sonra ikinci dalğa raket hücumu növbəti bazaya endirildi. Sanki, bununla Pentaqon “sizin hələ danışmağa vaxtınız olacaq” cavabını almış oldu. Bütün bu hücumlar isə informasiya məkanında iranlılar tərəfindən səmimi sevinci ilə qarşılanırdı. Raket zərbələri bitəndən dərhal sonra isə İranda general Süleymaninin təntənəli dəfni başladı. Sanki bu raket zərbələri onun şərəfinə açılmış atəş yaylımı idi. Bu, mənim xatirəmdə ən qeyri-adi dəfn mərasimi idi. İranlılar sanki geniş miqyasda bir əfsanə yaratdılar.
 
İkinci hissə. Müttəfiqlər
 
Türkiyə blokada təhlükəsi altında İrana qarşı hərbi əməliyyatlar üçün İncirlik hərbi bazasında istifadə edilməsinə icazə vermədi.
 
Fransa hər ehtimala qarşı öz hərbi bazasını qapatdı (onlar öz hava məkanını hərbi təyyarələr üçün bağladı).
 
İsrail bəyan etdi ki, “Bizim bir aidiyyatımız yoxdur” və “ABŞ İranla yaratdığı vəziyyətdən özü sıyrılmalıdır”.
 
Digərləri isə ümumiyyətlə özlərini görməməzliyə vurdu. Almaniya hətta öz hərbçilərini tələm-tələsik İraqdan çıxartdı. Britaniya isə diqqətini “Brekist” və dünyanın iqtisadi problemlərinin həllinə cəmlədi. Daha sonra isə Avropa Birliyi İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırdı.
 
Üçüncü hissə. Kiçik Vaşinqtonda böyük səs-küy
 
İndi isə, Ağ Evdə baş verənlərə baxaq. İlk öncə Tramp Pompeo və Esperin (Pentaqon rəhbəri) iştirakı ilə təcili iclas çağırdı. Xəbər yayıldı ki, Ağ Ev xalqa müraciət hazırlayır. Daha sonra prezidentin mətbuat katibi çıxdı və bəyan etdi ki, prezidentin müraciəti olmayacaq və digər rəsmi şəxslər də heç bir şey açıqlamayacaq.
 
Konqresin aşağı palatasının spiketi Nensi Pelosi və bəzi digər demokratlar çıxış edərək bildirdilər ki, dünya artıq yeni müharibəyə imkan verməməlidir. Bəzi Amerika KİV-lərində isə məlumatlar çıxdı ki, “biz barmaqla göstərmək istəmirik, amma hər şeyin günahkarı Pompeodur”.
 
Görünən odur ki, Tramp böyük çaşqınlıq içərisində idi, çünki hadisədən dərhal sonra “çox axmaq” bir tvit atdı: “Hər şey yaxşıdır. Biz itkilərimizi hesablayırıq, lakin, hələlik hər şey yaxşıdır. Amerika hərbçiləri ən güclüdür və bizi aşağılaya bilmədilər. Mən sabaha qədər çalışacam ki, baş verənlərə bir izah verim”.
 
Daha sonra Ağ Evin protokol qeydlərinə görə, Tramp bir neçə nəfərlə əlaqə saxlamağa çalışıb, lakin, səhərin bu çağında ona yalnız Merkel və qətərlilər cavab verib. Həm Angela, həm də səhradan olan yoldaşları Trampa izah ediblər ki, onlar sülhə sadiqdirlər. Axırı ki, Trampın koalisiyası ilə bəxti gətirmir və onun bu vəziyyətdən necə çıxacağı hələlik məlum deyil.
 
İranlılar bəyan edir ki, 80 amerikalı hərbçi öldürülüb. Vaşinqton isə bəyan edir ki, bir hərbçi də ölməyib. Regiondan olan jurnalistlər 22 nəfərin öldüyünü yazır (və adətən yaralılar üç dəfə çox olur)
 
Nəticə nə oldu? Nəticədə ABŞ-ın hegemonluğu sadəcə dağılmadı, ABŞ-ın hegemonluğu şişirdilmiş şar kimi partladı. Bu hücum İkinci Dünya Müharibəsindən sonra ABŞ-a ilk rəsmi hücumdur.
 
 
Aleksandr Rocers, News Front üçün
Tərcümə: Deyerler.org
 

Google+ WhatsApp ok.ru