İngiltərə parlamentinin saytında Netanyahonun məsuliyyətə cəlb olunmasını istəyənlərin sayır artır

Sionist rejim baş naziri Benyamin Netanyahonun bir hərbi cinayətkar kimi tanınmasına israr edən və onun məsuliyyətə cəlb olunmasını istəyənlərin sayı İngiltərə parlamentinin internet saytında artmaqdadır.
Maide.az xəbər verir ki, hazırda Netanyahonun məsuliyyətə cəlb olunmasını istəyənlərin sayı 76 min nəfərə çatıb.
Daxil olan məlumata əsasən bu sayın 100 min nəfərə çatdığı təqdirdə İngiltərənin millət vəkillərinə zəmin yaradır ki, onlar bu məsələni müəyyən bir layihə çərçivəsində irəli sürüb ciddi şəkildə onu müzakirəyə çıxarsınlar. 
Sözü gedən saytda qeyd olunub: Benyamin Netanyaho sentyabr ayında Londona səfər edəcək. Beynəlxalq hüquqlarına əsasən Netanyaho 2014-cü ildə iki min nəfər günahsız insanı qətlə yetirdiyinə görə İngiltərəyə qədəm qoyan kimi polis tərəfindən həbs olunmalıdır.
Ötən il Sionist rejimin Qəzzəyə qarşı 50 günlük təcavüzündə müdafiəsiz fələtinli vətəndaşlarından iki min nəfəri həlak olmuşdur.
İngiltərə hakimiyyəti Netanyahonun məsuliyyətə cəlb olunmasını istəyənlərin istəyinə cavab olaraq Netanyahonun toxunulmazlığının vacibliyini vurğulayaraq qeyri-legitim İsrail rejiminin hüququnu dəstəkləryib. /
 

Google+ WhatsApp ok.ru