Tehranda İran neft-qaz sənayesinin imkanları üzrə konfrans keçiriləcək

Maide.az xəbər verir ki, sentyabrın 30-da Tehranda İran neft-qaz sənayesinin texnoloji imkanları ilə bağlı II beynəlxalq konfrans keçiriləcək. Bu ölkənin neft sənayesi institutunun rəhbəri Məhəmməd Rza Katuzianın fikrincə, əsas mövzu xüsusən həmsərhəd yataqlarda hasilatın yüksəldilməsidir.
 
İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib ki, bu məsələ üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
 
İqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın katiblik rəhbəri Mehdi Möhtəşəmi deyib ki, Tehran TAP layihəsində pay almaq istəyir.
 
Bu, Xəzəryanı ölkələrin (Rusiya istisna) energetika güclərinin azalması şəraitində baş verir. Bundan başqa, neftin ucuzlaşması bu sualı da aktual edir: İran bu bazara çıxanda neft qiymətdən düşməyəcək?
BP Statistical Review-ə əsasən, Xəzərin təsdiq edilmiş ehtiyatları 16 mlrd barrel, potensila həcm 200 mlrd-dır. Halbuki İran körfəzinin təsdiq edilmiş ehtiyatları 600 mlrd barreldir.

Google+ WhatsApp ok.ru