`Nicat` gəmisi İİR Dəniz Qoşunlarının hərbi bölməsi tərəfindən müşayiət olunur 22 May 2015 01:00 Yəmən Maide.az-ın məlumatına görə, son günlər bəzi xarici gəmilərin o cümlədən Amerika, Fransa və Ərəbistana aid hərbi gəmilərin İranın Yəmənə humanitar yardıma aparan "Nicat" gəmisinin hərəkəti yolunda bəzi maneələr yaratmalarının ardınca, İran İslam Respublikası ordusunun Dəniz Qoşunlarının məntəqədə yerləşən 34-cü hərbi bölməsi bu gəmiyə yaxınlaşaraq, onu müşayiət etməyə başlayıb. İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 34-cü hərbi dəniz bölməsinin komandanı "Nicat" gəmisi əleyhinə təhdidlərin aradan qaldırıldığını bildirib və bildirib ki, tam iqtidarla beynəlxalq sularda iştirak edirik və ali baş komandanın göstərişi, beynəlxalq dənizçilik qanunları əsasında bu sularda ciddi iştiraka malikik: "Heç kəsə beynəlxalq sulardakı mənafeyimizə zərbə vurmaq icazəsi verməyəcəyik." "Nicat" gəmisi hazırda strateji əhəmiyyətli Babülməndəb boğazının 70 milliyindədir. "Nicat" gəmisi sabaha kimi Babülməndəb boğazından keçib, Qırmızı dənizə daxil olmalıdır. Teqlər : #`Nicat` gəmisi İİR Dəniz Qoşunlarının hərbi bölməsi tərəfindən müşayiət olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən ordusundan Səudiyyəyə quru əməliyyatı Ərəbistan ordusu yəmənli qüvvələrin hücumunda onlarla hərbçisini itirdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'