Nigeriya xalqı Şeyx İbrahim Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb etmək üçün nümayişləri davam etdirir

Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının lideri və İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin və hərəkatın digər üzvlərinin dərhal azadlığa buraxılmasını tələb etmək üçün nigeriyalılar artıq 6-cü gündür ki, kütləvi etiraz aksiyalarını davam etdirirlər.
 
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, nümayişçilər Nigeriya ordusunun vəhşicəsinə törətdiyi qətliamı və buna prezident Buxarinin susmasını qınayaraq, Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılmasının onların qanuni tələbləri olduğunu bildiriblər.
 
Nümayişçilər bildiriblər ki, hətta bu onların canları bahasına da olsa, bu mübarək yolda öz tələblərindən əl çəkməyəcəklər.
 
Yürüşün yekununda çıxış edən Mal Sunusi Əbdül Qədir bildirib ki, bu bir sınaqdır və Allah Təala öz peyğəmbəri vasitəsilə çatdırıb ki, sevdiyi bəndələri mütləq sınaqdan keçirəcəkdir.
 
O, həmçinin insanları  qətiyyətli, təmkinli olmağa çağıraraq, üzləşə biləcəkləri ən çətin vəziyyətərdə belə onlardan istənilənin nəticəyə səbr etmək olduğunu və mübarizəni əldə silah tutmadan edilməsinin mümkün olduğunu çatdırıb. "Əgər bu nəcib işdə silahlı ordu qüvvələri İslam hərəkatının üzvlərinin öldürməklə qarşısını almağı düşünürdülərsə, qoy bilsinlər ki, biz zülmə yox deyənin tərəfində qətiyyətl qalırıq və həmişə bizim liderimizin Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb edəcəyik!"./
 







 

Google+ WhatsApp ok.ru