Səudiyyə Ərəbistanı həcc ziyarəti qaydalarını sərtləşdirib

Maide.az RİAn Novostiyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi Mina dağında baş verən faciədən sonra zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən kompaniyalar üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.
 
Nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla, müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.
 
Xatırladaq ki, bu il sentyabrın 24-də həcc ziyarəti zamanı Mina dağında yaranan faciə zamanı rəsmi rəqəmlərə görə 700-dən çox zəvvar həyatını itirmişdi. Amma qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 4 mindən çox olub. 

Google+ WhatsApp ok.ru