Nyu Yorkda güclü partlayış nəticəsində 3 bina uçub

Nyu Yorkun Manhetten rayonunun İst Villic məhəlləsində qazın partlaması nəticəsində üç bina uçub, dörd binaya isə ciddi ziyan dəyib.
 
Bu barədə meqapolisin fövqəladə hallar xidmətinin məlumatında bildirilir.  
 
Məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Yanğının söndürülməsi istiqamətində tədbirlər hələ də davam edir. Yanğınsöndürənlər   zədələnmiş binalardan sakinlərin hamısını artıq təxliyə edib.  Hadisə baş verdiyi əraziyə kənar şəxslər buraxılmır.  
 
Yerli KİV-lərin məlumatına görə, insidentdən əvvəl partlayışın baş verdiyi binanın qaz təchizatı  sistemində təmir işləri aparılıb.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.  

Google+ WhatsApp ok.ru