Qəzaya uğrayan A320-nin pilotunun evindən mühüm sübut tapıldı – FOTO + VİDEO

Polis Fransanın cənubunda qəzaya uğramış Germanwings aviaşirkətinin A320 təyyarəsini idarə edən alman pilot Andreas Lübitsin evində axtarışı bitirib.
 
Pilotun Düsseldorfdakı evində axtarış fransız hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə baş tutub.
 
Bundan əvvəl Marselin prokuroru Bris Roben bildirmişdi ki, ikinci pilot vəzifəsini icra edən Lübits təyyarəni bilərəkdən məhv edib.
 
Onun sözlərinə görə, təyyarə komandiri kabinədən çıxdıqdan sonra ikinci pilot qapını bağlayıb və layneri endirməyə başlayıb.
 
Britaniya mətbuat yazır ki, Lübitsin evində istintaq üçün mühüm əşyalar tapılıb, həmçinin “mühüm tapıntı” aşkarlanıb.
 
 Polislər təfərrüatlar barədə danışmasalar da, yalnız ölümqabağı məktubun olmadığını bildiriblər.
 
A320 təyyarəsinin yerə çırpılması nəticəsində 150 nəfər həlak olub.
 

 


oxu.az

Google+ WhatsApp ok.ru