Pakistan Ərəbistanın Yəmənə təcavüzünün dərhal dayandırılmasını istədi

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Ərəbistanın Yəmənə təcavüzü dərhal dayandırılmalıdır.
 
Maide.az-ın məlumatına görə, Pakistan XİN sözçüsü Təsnim Əsləm ötən gün İslamabadda jurnalistlərə verdiyi müsahibədə deyib: İslamabad da İran İslam Respublikası kimi Yəmənin təhlükəsizlik vəziyyətindən nigarandır və bu ərəb ölkəsinin böhranı üçün həll yolunun tapılması ardıncadır. 
 
Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi həmçinin Yəməndə sakin olan Pakistan vətəndaşları barədə deyib: İslamabad Pakistan vətəndaşlarının əksəriyyətini Yəməndən çıxarıb. Lakin hal-hazırda bir qrup pakistanlı Yəməndə vardır və onlar bu ölkəni tərk etmək istəmirlər. 
 
Yəmənin istefa vermiş və fərari prezidenti Əbd Rəbbə Mənsur Hadiyə dəstək bəyanəsi ilə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hava hücumları nəticəsində indiyə qədər yüzlərlə sivil, o cümlədən uşaq və qadın həlak olmuşdur.

Google+ WhatsApp ok.ru