Pakistanda partlayış baş verib, 10 nəfər həlak olub

Pakistanda partlayış baş verib, 10 nəfər ölüb, 30  nəfər yaralanıb. 
Maide.az xəbər verir ki, hadisə bu gün Pakistanın şimal qərbində Paraçinar şəhərinin geyim bazarında baş verib.
Hadisə zamanı yaralananlardan 20 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Deyilənə görə, partlayış şiələrin məskunlaşdığı bölgədə baş verib.
Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. /
 

 

Google+ WhatsApp ok.ru