İsveçrə Federal Məhkəməsi hicab qadağasına qarşı çıxdı

İsveçrə Federal Məhkəməsi bu ölkənin Sanq Qallen şəhərində orta məkrəblərdə hicabın qadağan olunması ilə bağlı iddianı təmin etməyib və  bu qadağaya qarşı çıxıb. 
Maide.az xəbər verir ki,  2013-cü ildə bu məhkəmədə Sanq Qallen şəhərinin məktəblərdən birinin  direktoru tərəfindən 14 yaşlı müsəlman qızın hicabla məktəbə gəlməsini qadağan etmək məqsədi ilə şikayət edilmişdi.  
İlkin məhkəmədə müsəlman şagirdin məktəbə hicabla getməsi qadağan olmuşdu,lakin İsveç Federal Məhkəməsi həmin məhkəmənin qərarını ləğv edərək, şagirdin dərsdə hicabla itşirak etməsinə icazə verib. 
İsveçrənin 8 milyon əhalisi var ki, onlardan 500 min nəfəri müsəlmanlardır. Bu ölkədə 160  məscid və namazxana var./ 
 
 

Google+ WhatsApp ok.ru