Pakistan sərhədə qadağalar qoyur

Pakistan Əfqanıstanla əsas sərhəd keçid məntəqəsində yeni sərt  qadağalar qoyub. Beləliklə, iyunun 2-də yüzlərlə insan sərhəddə ilişib qalıb.
 
İndi əfqanların Xiber keçidi yaxınlığında Pakistana daxil olmağa qüvvədə olan viza və pasport lazımdır. Ancaq adamların çoxu bu dəyişikliklərdən xəbərsizdir.
 
Hər gün bu keçiddən 10-15 min nəfər keçir. Pakistan deyir ki, yeni qaydaların məqsədi yaraqlıların Pakistana keçməsini, onların hücumlar həyata keçirməsini önləməkdir. Yeni qaydaların tezliklə Əfqanıstanla digər keçid məntəqələrinə də tətbiq olunacağı bildirilir.
 
2014-cü ildə hərbi məktəbdə 150-dən artıq insan həlak olandan sonra İslamabad sərhədə nəzarəti gücləndirməyi planlaşdırır.(azadliq.org)

Google+ WhatsApp ok.ru