Yolda qalan sürücülərə iftar paylanılacaq

Müqəddəs Ramazan ayının gəişi münasibətilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 400 könüllü bir araya gələrək, oruc tutub, yolda qalan sürücülərə iftar paylayacaqlar.
 
Maide.Az xəbər verir ki, fəallar mübarək ay boyunca oruc tutan insanlarla bahəm, digər dinin nümayəndələrinə də təşkil olunmuş iftar paketini (su şirəsi, adi su, meyvə, yemək və s) işıqforlarda paylayacaqlar. Xüsusən, onlar şəhərin gediş-gəlişli yerlərində duraraq, bu xeyirxah işi icra edəcəklər.
 
"Xeyirxahlıq təkcə Ramazan ayı ilə qurtarmamalıdır. Bizim komandamız ilin hər bir ayında ehtiyaclı insanlara kömək etmək istəyir. Lakin müqəddəs Ramazan ayında bu, xüsusilə vacibdir.", -deyə könüllülərdən biri qeyd edib.c/

Google+ WhatsApp ok.ru