Pakistan və Əfqanıstan sərhəddində atışma, 15 nəfər həlak oldu

Pakistan və Əfqanıstan sərhəddində atışma, 15 nəfər həlak oldu

Pakistan ordusu elan edib ki, Əfqanıstanla sərhəddə silahlı yaraqlılar bir neçə sərhəd postuna hücum edib və bu hücum nəticəsində 5 pakistanlı əsgər və 10 silahlı yaraqlı həlak olub. 
 
Maide.Az xəbər verir ki, hücum ötən gecə Mohmənd bölgəsində baş verib. Mohmənd bölgəsin ötən illər ərzində Pakistan ordusunun silahlı yaraqlılara qarşı mübarizə apardığı bölgədir. 
 
Pakistan ordusu öz açıqlamasında silahlı yaraqlıların hansı qruplaşmaya bağlı olduğunu açıqlamayıb. Açıqlamada silahlı yaraqlıların terrorçular olduğu bildirilib. 

Google+ WhatsApp ok.ru