Yerlə yeksan elədilər, indi də pul ayırırlar

Yerlə yeksan elədilər, indi də pul ayırırlar

Böyük Britaniya hökuməti İraqa 10 milyard funt ayıracaq
 
Böyük Britaniya hökuməti infrastruktur layihələri üçün İraqa 10 milyard funt (12 milyard dollar) ayıracaq.
 
Bu barədə "Reuters" agentliyinə İraqın Maliyyə Nazirliyindən mənbə bildirib. Məlumata görə, İraq dövləti rəsmi Londondan pulu istiqraz şəklində alacaq.
 
İraq telekanalı "Al Sumaria" xəbər verir ki, Böyük Britaniya ilə memorandumun imzalanmasını İraqın maliyyə naziri Əbdül-Rəzaq Əl-İsa təsdiqləyib. Nazir qeyd edib ki, müqavilənin müddəti on il olacaq.
 
Nazir əlavə edib ki, maliyyə Britaniya şirkətləri ilə müqavilələr çərçivəsində infrastruktur quruculuğu sahəsində sərf olunacaq.
 
Qeyd edək ki, Britaniyanın keçmiş baş naziri Toni Bleyer 2003-cü ildə Britaniyanın İraqa hərbi müdaxilə etməsindən öncə Səddam Hüseynin törətdiyi təhlükələri şişirdib. Məhz Toni Bleyerin yaydığı hesabatlardan sonra ABŞ ordusunun İraqa hərbi müdaxiləsi beynəlxalq ictimaiyyətdə razılaşdırılıb. ABŞ və İngiltərə İraqı işğal edərkən orada kimyəvi silahların olmasını iddia etsə də, uzun illər sonra yanıldıqlarını etiraf ediblər. (faktxeber) /

Google+ WhatsApp ok.ru