Polşa müsəlmanları terrorizmə və irqçiliyə qarşı mitinq keçiriblər

Polşa müsəlmanları dünən 29 noyabr Puznan şəhərinin mərkəzində aksiya keçirərək, terrorizm və irqçiliyi pisləyiblər.
 
Maide.az xəbər verir ki, Polşa rəsmiləri 300 nəfərədək müsəlman etirazçının ölkənin qərbində yerləşən Puznan şəhərinin mərkəzində aksiya keçirməsi haqdə məlumat veriblər.
 
Aksiya iştirakçıları əllərində “Müsəlmanlar terrorizmə qarşıdırlar” və “İrqçiliyə son verin” şüarlar yazılan plakatlar daşıyırdılar.
 
Polşanın Puznan şəhər məscidinin imamı və aksiyanın təşkilatçısı Yusif Çadid deyib: Biz terrorizmin bütün təzahürlərini pisləyir və Fransa xalqı ilə, eləcədə dünyada bütün terror qurbanları ilə dərdlərini bölüşürük.
 
O əlavə edib: Biz bugün bura toplaşmışıq ki, terrorizmə və irqçiliyə öz etirazımızı bildirək.
 
38 milyon əhalisi olan Polşada xalqın 98% katolik xristianlardır. Ölkədə yaşayan müsəlmanlar isə əhalinin 15-25% -ni təşkil edir.
 
Aparılan ən son rəy sorğularına əsasən, Şərqi Avropa əhalisi ümumilikdə İslam dini ilə tanış deyillər və onlar İslam haqda məlumatları Mediadan əldə edirlər ki KİV-lər də ədalətsiz olaraq İslam və müsəlmanları terrorizmlə əlaqələndirirlər. /
 

 

Google+ WhatsApp ok.ru