Türkiyədə 3 zabit həbs olundu: SURİYAYA APARILAN SİLAHA GÖRƏ

Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyədə iki general və təqaüddə olan bir polkovnik həbs olunub. Həbs edilənlər Ankara Jandarm Bölgə Komandiri general-mayor İbrahim Aydın, general-mayor Həmzə Cələpoğlu və təqaüddə olan polkovnik Burhanəddin Cahangiroğludur.
 
Adana və Hatayda 1-19 yanvar 2014 tarixlərində MİT-ə aid TIR-ların dayandırılması ilə bağlı istintaqı aparan İstanbul prokuroru İrfan Fidan tərəfindən zabitlərin ifadəsi alındıqdan sonra həbs tələbilə İstanbul məhkəməsinə aparılıblar.
 
Hər üç zabit Türkiyə qanunvericiliyinə uyğun olaraq "Dövlət sirrinin siyasi və ya hərbi casusluq məqsədilə yayılması və dövlət çevrilişi etmək məqsədilə silahlı terror təşkilatı qurmaq və ya idarə etmək" maddələri ilə təqsirli biliniblər.
 
Qeyd edək ki, Suriyaya gedən sözügedən MİT tırları saxlandıqdan sonra məlum olmuşdu ki, konteynerlərin içində küllü miqdarda silah-sursat var. 

Google+ WhatsApp ok.ru