Putinə hücum edən ABŞ mətbuatı geosiyasi reallıqları unudurlar

MKİ-nin kölgəsi adıandırılan ABŞ-ın beyin mərkəzi "Stratfor" ABŞ mətbuatının Ukrayna böhranı prosesindəki Rusiya siyasətini tənqid edib. Maide.az xəbər verir ki, "Stratfor" mütəxəssislərindən Cey Oqilvi imzası ilə yayımlanan analizdə Ukraynadakı böhrandan çıxış üçün bu ölkənin tarixinə yaxından baxılmasının vacibliyi vurğulanıb.
 
ABŞ mətbuatının Ukrayna böhranında "səhv paralelliklər" qurduğunu söyləyən "Stratfor" eksperti Oqilvi, "Ukrayna üçün "70 illik Sovet repressiyasından xilas olmağa çalışan Şərqi Avropa ölkəsi" demək tamamilə səhvdir. Bölgədəki digər ölkələrin əksinə, Ukrayna xalqı siyasət, mədəniyyət və dil baxımından bölünmüş vəziyyətdədir. Ölkənin şərq rayonları Rusiya ilə yaxın əlaqəyə malikdir", - deyib.
 
Fikrini 2004, 2010 və 2014 seçkilərindən çıxan nəticələrlə əsaslandıran Oqilvi, "Ukraynanın qərbindəki rayonlar 2004-də Viktor Yuşşenko, 2010-da Yuliya Timoşenko və 2014-də Pyotr Poroşenkoyu dəstəklədi. Şərq rayonlarında isə 2004 və 2010-da Viktor Yanukoviç, digər namizədlərə nisbətən daha çox səs topladı. 2014 seçkilərində Poroşenkonun şərq bölgələrdəki səs nisbəti 50 faizdən aşağı idi. Qərb tərəfdarı siyasətçilərin aşağı səs aldığı şərq bölgələrində rusdilli əhali 11 faizdən çoxdur. Donetsk və Luqanskda isə bu nisbət 66 faizi keçir."

Google+ WhatsApp ok.ru