İran və Qərb ölkələri nə haqda razılaşdı?

İran və “altılıq” ölkələri İsveçrənin Lozanna şəhərində günlərdir davam edən, İranın nüvə proqramına dair danışıqlarda razılıq əldə etdi.
 
Maide.az xəbər verir ki,  bəyanat Lozannada keçirilən mətbuat konfransında Avropa Birliyinin ali komissarı Federika Moqerini və İran xarici işlər naziri Muhəmməd Cavad Zərif tərəfindən oxunub.
 
Razılaşmaya görə, İranın heç bir nüvə obyekti öz fəaliyyətini dayandırmayacaq, eyni zamanda öncədən görülən heç bir işlər dayandırılmayacaq. İranın bütün nüvə obyektlərində, o cümlədən Natanze, Fordo, İsfahan və Ərakda dinc nüvə fəaliyyəti davam edəcək.
 
Bu yekun həl yolları İran daxilində zənginləşdirmə proqramının davamına zəmanət verir və İran İslam Respublikası Yekun Müştərək Təşəbbüs Proqramının müddəalarına əsasən nüvə stansiyalarının yanacağının təmin olunması üçün öz nüvə yanacağı sənayesini davam etdirəcək. 
 
Həmçinin İran nüvə yanacağı obyektlərinin istehsalı və uranın satın alınması qarşılığında onun beynəlxalq bazarlara ixracı üçün zənginləşdirilmiş mövcud ehtiyatları ayıra biləcəkdir. 
Əldə olunan həll yollarına əsasən Fordo nüvə obyekti modern nüvə və fizika tədqiqat mərkəzinə çevriləcək və həmçinin Fordo obyektinin yarısı 5+1 Qrupunun bəzi ölkələrinin əməkdaşlığı ilə modern nüvə tədqiqatları və sənaye, kənd təsərrüfatı və tibb sahələrində önəmli istifadəyə malik davamlı izotopların istehsalı üçün ayrılacaq.
 Ərak Ağır Su Tədqiqat Reaktoru qalacaq və onun dizaynı yeniləşdirilərək yüksəldiləcək və modernləşəcək. 
Həmçinin İran şəffaflıq və etimadın yaradılması istiqamətində könüllü şəkildə əlavə protokol (Additional Protocol) müvəqqəti icra edəcək və bu protokolun təsdiqlənməsi prosesinin davamında bəlli zaman cədvəli üzrə prezident və İslam Şurası Məclisinin səlahiyyətləri çərçivəsində təsdiqlənəcəkdir.
Qeyd edək ki, bu protokola əsasən, BAEA müfəttişləri xəbərdarlıq etmədən İranın nüvə fəaliyyəti ilə bağlı bütün obyektlərini yoxlaya bilərlər. 
Əldə olunan həll yollarına əsasən yekun müştərək təşəbbüs proqramı icra olunduqdan sonra, Təhlükəsizlik Şurasının bütün qətnamələri ləğv olunacaq və Avropanın və Amerikanın birtərəfli bütün maliyyə və iqtisadi sanksiyaları, o cümlədən bank, sığorta, investisiya və onunla əlaqədar bütün xidmətlər, neft, qaz, neft-kimya və avtomobilqayırma sektorlarına tətbiq olunan sanksiyalar dərhal ləğv olunacaq. 
Həmçinin İranın nüvə proqramı ilə əlaqədar hüquqi və fiziki şəxslər, təşkilatlar, dövlət və özəl qurumlar, o cümlədən Mərkəzi Bank, digər maliyyə və bank müəssisələri, SWIFT, İran İslam Respublikasının gəmiçilik və təyyarə, neft tankerlərinə tətbiq olunan sanksiyalar hərtərəfli şəkildə dərhal ləğv olunacaq. 
Həmçinin 5+1 Qrupuna üzv ölkələr nüvə məsələsində yeni sanksiyalar tətbiq etməkdən çəkinmək üzrə öhdəlik götürüb. 
Müzakirələrin bu mərhələsinin yekunlaşması ilə Yekun Müştərək Təşəbbüs Proqramının ilkin mətninin 1 iyula qədər yazılmasına yaxın gələcəkdə başlanacaq. Mətnin yekunlaşması ilə Yekun Müştərək Təşəbbüs Proqramı bir qətnamə çərçivəsində BMT Təhlükəsizlik Şurasında təsdiqlənəcək./
 
 
 
 
 
Bütün bu kompleks tədbirlər İranın yalnız öz ərazisində nüvə proqramını davam etdirməsinə imkan verəcək. Eyni zamanda İrana AES-lərin fəaliyyətini davam etdirmək üçün sənaye məqsədilə nüvə yanacağı hasil etməyə icazə veriləcək.
 
Razılaşmaya görə, İranın nüvə zənginləşdirməsi proqramı 10 il müddətində davam edəcək, Natanza obyektində 5000 sentrefuq nüvəni 3,67 faizə qədər zənginləşdirəcək. Obyektə olan digər infrastruktur MAQATE-yə təhvil veriləcək və razılaşdırılmış standartlara cavab verən yeni texnologiya ilə əvəz ediləcək.
 
Eyni zamanda İrana hazırda əlində olan nüvə ehtiyatlarını nüvə yanacağı istehsal etməsi üçün istifadə etməyə və ya beynəlxalq bazarlarda uran ilə mübadilə edilməsi üçün bazara çıxarmağa icazə veriləcək.
 
Səsləndirilən bəyanata görə, Fordo nüvə obyekti bundan sonra nüvə və fizika elmləri üzrə elmi-tədqiqat mərkəzinə çevriləcək. Burada 1000-ə qədər sentrefuq saxlanacaq. Fordo obyektinin yarısından çox sənaye, kənd təsərrüfatı və tibbdə istifadə olunan sabit izotopların hasilatı və tədqiqatı üçün istifadə ediləcək.
 
Araki reaktoruna gəlincə, bu reaktor yerində qalacaq, lakin, yenilənəcək və yenidən təchiz ediləcək. İranın vasitəçiliyi və beynəlxalq layihələr çərçivəsində burada yenidən layihələşdirmə işləri aparılacaq.
 
İran ilə razılaşma bütün tərəflərə İranın nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını və bundan sonra da bu məqsədləri daşıyacağını sübut etməyə imkan verəcək. Qarşılıqlı etimad əsasında bundan sonra razılaşmanın bütün bəndləri hazırlanacaq və razılaşma İran hökuməti və parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
 

Google+ WhatsApp ok.ru