Qəzzada insanların 80 faizinin ərzaq yardımına ehtiyacı var

Qəzzada insanların 80 faizinin ərzaq yardımına ehtiyacı var

Qəzzada insanların 80 faizinin ərzaq yardımına ehtiyacı var. 
 
Maide.Az xəbər verir ki, Fələstinli didərginlərə yardım müəssisəsi özünün son hesabatında Qəzzanın mühasirəsinin davam etməsinə və ötən 7 ildə bu bölgədə 3 müharibənin baş verməsinə  toxunub və elan edib ki, Qəzzada işsizlik səviyyəsi cari ilin ilk 3 ayında daha da artaraq 41.2%-ə çatıb. 
 
Məlumata görə, 2014-cü ildə sionist rejimin Qəzzayə qarşı müharibəsindən öncəki dövr ilə müqayisədə Qəzzada əkinçilik və balıqçılıq da 33% azalıb. 
 
İsrail rejimi 2007-ci ildən Qəzzanı mühasirədə saxlayır.
 
Qəzza zolağında 1.7  milyon nəfər yaşayır. (Qüds xəbər agentliyi)

Google+ WhatsApp ok.ru