Sionist İsrail əsgərinin 8 yaşlı fələstinli qıza qarşı düşmənçiliyi - VİDEO

Sionist İsrail əsgərinin 8 yaşlı fələstinli qıza qarşı düşmənçiliyi - VİDEO

Sosial səhifələrdə yeni bir video yayımlanıb ki, videoda silahlı Sionist İsrail əsgərlərinin 8 yaşlı balaca fələstinli qıza necə düşməncəsinə davrandıqları və onu qorxutduqları nümayiş olunur.
 
Maide.Az xəbər verir ki, Əl-Xəlil şəhərində lentə alınan bu videonu fələstinli insan haqları fəalı Yutuba yerləşdirib.  
 
Vidoeda görünür ki, İsrail əsgəri heç bir səbəb olmadan bu qız uşağının velosipedini əlindən alır və onun ağlamağına etinasız yanaşır.
 
İşğalçı əsgərlər velosipedi sonradan ağacların ataraq oradan uzaqlaşır.  
 
Qeyd edək ki, ötən ilin oktyabr ayında üçüncü intifadənin başlanmasından indiyədək İsrail əsgərləri 220 fələstinli uşaq və qadını öldürüb.

Google+ WhatsApp ok.ru