Qüds intifadasında şəhid olan fələstinlilərin sayı 282-yə yüksəldi

Qüds intifadasında şəhid olan fələstinlilərin sayı 282-yə yüksəldi

Qüds Araşdırma Mərkəzinin hesabatına əsasən, Qüds intifadasının başlandığı gündən indiyə qədər 282 fələstinli sionist İsrail rejiminin qüvvələrinin hücumları nəticəsində şəhid olub.
 
Fələstin İnformasiya Mərkəzinin yaydığı xəbərdə bu barədə məlumat verilib. Qüds Araşdırma Mərkəzinin fevralın 9-da nəşr etdiyi hesabatında, 2017-ci ilin əvvəlindən 3-ü Qəzza əhalisindən olmaqla 11 fələstinlinin şəhid olduğunu qeyd edilib.
 
Hesabatda Qüds indifadasından etibarən Qəzza xalqı şəhidlərinin sayının 37-yə yüksəldiyi bildirilir.
 
Qüds İntifadası 1 oktyabr 2015-ci ildə sionistlərin cinayətlərinə və Əl-Əqsa məscidinin vaxt və məkan baxımından iki hissəyə bölünməsi cəhdlərinə reaksiya olaraq başladılıb. (deyerler) /

Google+ WhatsApp ok.ru