Sionist İsrail rejimi Qüdsdə daha 181 mənzil tikintisini təsdiq edib 09 Fevral 2017 02:00 Fələstin Sionist İsrail rejimi Qüdsdəki 2 sionist yaşayış məntəqəsində daha 181 yeni mənzil tikintisini təsdiq edib. Sionist İsrail rejimi radiosundan verilən xəbərdə, Qüds bələdiyyəsinin tabeliyindəki Yerli Planlaşdırma və Tikinti Komitəsinin Qüdsün cənub sektorundakı Gilo sionist yaşayış məntəqəsi ilə şimal sektorundakı Ramat Şlomo sionist yaşayış məntəqələrində 181 yeni mənzil tikintisini təsdiq etdiyi bildirilib. Komitə bir müddət əvvəl Qüdsün şərqində 700-dən artıq mənzilin inşasını da təsdiq etmişdir, hökumət də İordan çayının qərb sahillərində 5500 mənzilin tikintisinə razılıq verib. Beynəlxalq hüquqa əsasən, Şərqi Qüds və İordan çayının qərb sahillərindəki bütün sionist yaşayış məntəqələri qanunsuzdur. (deyerler) / Teqlər : #Sionist İsrail rejimi Qüdsdə daha 181 mənzil tikintisini təsdiq edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim qırıcılarının hücumu nəticəsində 2 fələstinli şəhid olub Qüds intifadasında şəhid olan fələstinlilərin sayı 282-yə yüksəldi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar