Quran oxu, pulsuz benzin al

Quran oxu, pulsuz benzin al

İndoneziyada fəaliyyət göstərən yanacaq təmin etmə şirkətlərindən biri maraqlı  aksiya keçirir.  
 
Maide.Az xəbər verir ki, Ramazan ayı münasibəti ilə şirkət Cakartada benzin doldurma məntəqələrində afişa asıb və bir cüz Quran tilavət edən könüllü şəxslərə pulsuz benzin verir. 
 
"Pertamina" yanacaq təmin etmə şirkəti elan edib ki, bu aksiyanı keçirməkdən məqsədi  şəhər sakinlərini Quran tilavətinə maraqlandırmaqdır. Sürücülər her gün  Cakarta şəhərində  bu şirkətin beş benzin doldurma məntəqəsinin namazxanasında bir cüz Quran tilavət etməklə  2 litir pulsuz benzin əldə edə bilərlər. 
 
Sürücülər  Quran tilavəti etməzdən öncə  hansı cüzü tilavət edəcəklərini xüsusi blankları doldurmaqla bəyan edir və namazxanada Quranı tilavət edirlər.
 
 
 
 

Google+ WhatsApp ok.ru