Rəsmi Ankaranın İŞİD əməliyyatlarına qoşulmaq şərtinə ABŞ-dan cavab geçikmədi

Jen Psaki Türkiyənin baş naziri Əhməd Davudoğluna cavab verib

İslamazeri.az-ın “Dunyabulteni”-nə istinadən verdiyi xəbərə görə, ABŞ XİN sözçüsü Jen Psaki, rəsmi Ankaranın İŞİD-lə mübarizəyə qoşulmaq üçün Bəşər Əsəd hökumətinin hədəf alınması barədə şərtinə cavab verib.

Mətbuat konfransı keçirən Jen Psaki açıqlamasında hal-hazırda əsl hədəflərinin İŞİD-lə mübarizə olduqlarını deyib.

Jen Psaki Kobanini İŞİD mühasirəsindən xilas edilməsi üçün havadan dəstək verilməməsi tənqidinə cavabında isə, koalisiyanın əməliyyatlarının bir günlük deyil, uzun müddətli olduğunu deyib.

Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlu CNN telekanalına müsahibəsində bildirib ki, Türkiyə Suriyada İŞİD terrorçularına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcək ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin.

Baş nazirin sözlərinə görə, Suriyada zorakılığın artmasına və terrorçuların fəallaşmasına səbəb ölkə prezidenti Bəşər Əsədin başçılıq etdiyi rejimdir.

Davudoğlu bildirib: “Nə qədər ki, Bəşər Əsəd hakimiyyətdədir, Suriya şəhərlərinin əksəriyyəti “İslam Dövləti” yaraqlılarının nəzarəti altına düşəcək”.

Qeyd edək ki, bəzi siyasi ekspertlər koalisiyanın əsl məqsədinin elə Bəşər Əsəd hökumətini devirmək olduğunu düşünürlər./

Google+ WhatsApp ok.ru