İran: “İraqın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”

Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, İranın xarici işlər nazirinin mavini Hüseyn Əmirabdullahian Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ-nin) xarici işlər naziri Ənvər Qarğaş ilə görüşündə deyib ki, İraqın parçalanmasını istəmirlər: “Biz İraqın ərazi bütövlüyünü və milli birliyinin qorunub saxlanılmasını qətiyyətlə dəstəkləyirik.” 
 
Qeyd edək ki, İranın xarici işlər nazirinin mavini Hüseyn Əmirabdullahian ötən gün Küveyt Omana və  Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Səfər zamanı H.Əmirabdullahian bu üç ölkə rəsmiləri ilə bölgədəki son durumu, İraq və Suriyadakı vəziyyəti müzakirə edib.

Google+ WhatsApp ok.ru