İranda vertolyot qəzası, 7 nəfər həlak olub

İranın  Fars əyalətində təcili tibbi yardım vertolyotu qəzaya uğradı, vertolyotdakı 7 sərnişin həlak oldu. 
 
Maide.az xəbər verir ki,İranın Səhiyyə Nazirliyinin Şiraz şəhər idarəsinin rəsmisi vertolyotun Şiraz şəhərinin 30 kilometrliyində  dağlıq zonada qəzaya uğradığını bildirib. 
 
Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, təcili tibbi yardım vertolyotu Xənəc şəhərindən Şiraza ağır xəstə gətirmək üçün gedib və qayıdarkən qəzaya uğrayıb. 
 
Vertolyotda  4 həkim briqadası, 1 xəstə və 2  polot  vəfat edib.
 

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil. /

 
 

Google+ WhatsApp ok.ru