İraq ordusu iki yaşayış məntəqəsini İŞİD-dən azad edib 26 Mart 2016 02:00 Dünya İraqın yezidi kürd döyüşçüləri və tayfa dəstələri Suriya ilə sərhəd yaxınlığında yerləşən Sincar şəhəri ərazisində iki yaşayış məntəqəsini İŞİD terror təşkilatından azad edib. Bu barədə İraq ordusuna istinadən "Reuters" məlumat yayıb. Ordunun bəyanatına görə, hərbçilər Um əl-Diban və Um Curais rayonlarına nəzarəti ələ keçirə biliblər. İraq bununla da İŞİD terrorçularının əsas təchizat yolunu kəsmiş olub. Bağdadın 400 km şimal-qərbində, Suriya ilə sərhəddəki Sincar dairəsinin Neynəva əyalətində yerləşən Sincar şəhəri İŞİD terrorçuları tərəfindən ötən ilin avqustunda ələ keçirilmişdi. Həmin vaxt əhalisini, əsasən yezidi kürdlər təşkil edən şəhəri təqribən 200 min adam tərk etmişdi.(report) Teqlər : #İraq ordusu iki yaşayış məntəqəsini İŞİDdən azad edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda vertolyot qəzası, 7 nəfər həlak olub İŞİD terror qruplaşmasının türkman lideri öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO