İran hərbi büdcəsini daha bir milyard dollar artırır

İran hökuməti 2015-2016--ci il büdcəsində hərbi xərclərin miqdarını artıracaq. 
Maide.az-ın məlumatına görə, bu gün İran Parlamenti hərbi müdafiə gücünün artırılması məqsədi ilə Silahlı Qüvvələrə daha bir milyard dollar pulun ayrılması ilə bağlı layihəni təsdiq edib. 
Məlumata əsasən, İranın Milli İnkişaf Fondundan bir milyyard dollar Silahlı Qüvvələrin ixtiyarına veriləcək. 
Qeyd edək ki, İranın hərbi büdcəsinin dəqiq miqdarı ilə bağlı rəsmi statistika əldə olunmasa da, beynəlxalq KİV-lərin məlumatına əsasən, Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2010-cu ildə İranın hərbi büdcəsinin 7 milyard dollardan artıq olduğunu proqnozlaşdırıb.
Bundan başqa, dünya ölkələrinin illik hərbi büdcələri ilə bağlı statistik məlumatlar yayımlayan Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnistitu İranın 2007-ci il üçün hərbi büdcəsini 7 milyard dollar açıqlamışdı.
Ötən il İran büdcə layihəsində hərbi xərcləri ötən illərə nisbətən 32, 5 faiz artırmışdı. /
 

Google+ WhatsApp ok.ru