İraq ordusundan güclü əməliyyat: 125 nəfər İŞİD terrorçuları əsir düşdü

İraq ordusu təkfiçi vəhhabi İŞİD terror təşkilatının işğalından Tikrit şəhərini azad etmək üçün indiyə qədər olan ən böyük əməliyyatına başlayıb, - “On4haber”.
Əl-Aləm televiziyasının xəbərinə görə İraq ordusu və könüllü xalq qüvvələrindən ibarət 2 min nəfərlik bir birlik də zirehli qüvvələrin müşaiyyəti ilə Səlahəddin şəhərinə daxil olub.
Martın 2-də səhər başlayan əməliyyata 30 min əsgərin cəlb olunduğu bildirilib. Əməliyyata nəzarəti İran İnqilab Mühafizəçilərinin Qüds Korpusu həyata keçirir. İranın Fars xəbər agentliyinin məlumatına görə əməliyyata general Qasım Süleymani də nəzarət edir.
Səlahəddin vilayətinin azad edilməsi üçün başlanılan əməliyyatlar çərçivəsində Samirranın şimalındakı Əşairul Bədiri və Əkkar bölgələrilə Tariş və Ərəb əl-Butuni adlı kəndlərinin İŞİD-dən təmizləndiyi bildirilib. Döyüşlərdə 54 terrorçunun öldürüldüyü və 125 terrorçunun isə təslim olduğu qeyd olunub.
İraq ordusu və könüllü xalq qüvvələrinin əməliyyata başlamasından sonra İŞİD yaraqlılarının bölgədən qaçmaya başladığı bildirilib. Xeyli sayda İŞİD liderinin də öldürüldüyü bildirilir.
Öldürülən İŞİD liderləri arasında təşkilatın əl-Aləm məntəqəsi üzrə əmiri Həmid Səbi Tikriti və Elbu Uceyl əmiri Əbu Abid əs-Səudinin də olduğu qeyd olunur.
Səlahəddin vilayətinin Təhlükəsizlik Komitəsinin sədri Casim Cəbarə xeyli sayda İŞİD liderinin Tikritdən Kərkükün cənubundakı Havicə məntəqəsinə qaçdığını təsdiqləyib. deyerler /

Google+ WhatsApp ok.ru