İranın dondurulmuş 21 ton qızıl ehtiyatı azad olunub

İranın dondurulmuş qızılının 21 tonu azad olunub və ölkəyə qaytarılıb. Bunu İranın Mərkəzi Bankının Beynəlxalq İdarəsinin baş direktoru Hüseyn Yəqubi Məyab deyib. 
 Maide.az xəbər verir ki, Hüseyn Yəqubi Məyab İran qəzetinin bugünkü sayına verdiyi müsahibəsində bildirib ki,  İlk hissə 8 ton idi. İlk Cenevrə anlaşmasından sonra İranın azad olunan dollarları ilə satın alınmışdı. 2-ci hissə də 13 ton idi. Bu isə ötən 8 il ərzində Cənubi Afrika Respublikasından satın alınmışdı. Lakin sanksiya bəhanəsi ilə İngiltərənin böyük banklarından birinin filialı olan Cənubi Afrika Respulbikasının həmin bankının hesabında dondurulmuşdu.  
H. Yəqubi Məyab Cənubi Afrika Respublikasında azad olunan 13 ton qızılın çoxlu maneələrlə qarşılaşdığını bəyan edərək bildirib ki, Ekspert iclasları və İranın Xarici İşlər Nazirliyinin köməyi ilə 5+1 Qrupu qane oldu ki, satın alınan qızıllar ötən illərə aid olmuş və sanksiyaya şamil olmur. Beləliklə İranın Cənubi Afrika Respublikasında dondrulmuş 13 ton qızılı azad olundu. 
İranın Mərkəzi Bankının Beynəlxalq İdarəsinin baş direktoru xatırladıb ki, Azad olunan 13 ton qızıl 3 yük formasında birbaşa olaraq Cənubi Afrika Respublikasından İrana daşınıb. 
Hüseyn Yəqubi Məyab bildirib ki,  Hazırda İranın xaricdə dondurulmuş heç bir qızılı yoxdur və bu qızılın azad olunması ilə xarici ölkələrdə qızıl formalarda dondurulan İranın bütün varlıqları azad edilib./

Google+ WhatsApp ok.ru