Türkiyədə Çinə qarşı etiraz aksiysası

Türkiyənin İstanbul şəhərinin əhalisi Çində orucluğun qadağan edlməsi əleyhinə etiraz aksiyası keçirib.
Maide.az xəbər verir ki,  Huriyyət Deyli Nyus-un məlumatına görə, İstanbul şəhərinin əhalisi dünən bu şəhərin əsas küçələrinə çıxaraq, Çində orucluğun qadağan edilməsinin ləğv olunmasını tələb edib.
Eyni zamanda, bir qrup türk etirazçı Çin vətəndaşları zənn etdiyi bir qrup koreyalı turistə hücum etmək niyyətində olub ki, İstanbul şəhərinin polis məmurları hücumun qarşısını alıblar.  İstanbul polisi gözyaşardıcı qazdan istifadə edərək, etirazçıları dağıdıb.
Ötən həftə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq  bildirmişdi ki, bu ölkənin Çində idarə işçiləri, fəhlələr, məktəblilər və müəllimlərin oruc tutmalarının qadağan olunmasına olan etirazı Çinin Ankaradakı səfrinin nəzərinə çatdırılıb.
Çin dövlətinin müsəlmanların bu ölkənin müxtəlif bölgələrində oruc tutmalarını qadağan etməsi müsəlman ölkələrdəki bəzi dini orqanların etirazına səbəb olub./

Google+ WhatsApp ok.ru