İran region ölkələrində tibb elmləri üzrə universitetlər yaratmağa hazırdır

İranın səhiyyə naziri Seyyid Həsən Qazizadə Haşimi  ölkəsinin  region ölkələrində beynəlxalq tibb elmləriüzrə  universitetlər  yaratmağa hazır olduğunu deyib.
 
Maide.az xəbər veri rki, H.Qazizadə Haşimi İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində keçirilən 8-ci Dünya Müsəlman Həkimlər Beynəlxalq konfransında çıxışında deyib ki,  İranda tibb elmləri çox inkişaf edib və müalicə olunmaq üçün xaricə xəstə göndərməyə ehtiyac yoxdur. 
Onun sözlərinə görə,  İranın dünyada tibb elmləri üzrə 17-ci yeri tutur. "Tibb xərclərinin azaldılması və səhiyyə xidmətlərinin yaradılması bu nazirliyin prioritetidir.
Konfransda çıxış edən Ali Lider Ayətullah Xameneinin  müşaviri Əli Əkbər Vilayəti də deyib ki,  İranda islam elmlərini təhsili üçün şərait vardır. 
Vilayəti əlavə edib ki, təəssüflər olsun ki, hazırda əcnəbilər tərəfindən Yəmən, İraq, Suriya və Livan müsəlmanlarına qarşı gərginliklərin yaradılmasının şahidiyik. Bu ölkələrə tibbi köməklər olunmalıdır. 
Məşhəddə keçirilən 8-ci Dünya Müsəlman Həkimlər Beynəlxalq Konfransı təxminən 400 dən çox şiə həkim iştirakı  edir. Konfrans  ötən gündən işə başlayıb və 4 gün davam edəcək. /

Google+ WhatsApp ok.ru