Türkiyədə prokurorluq HDP-nin digər həmsədri barədə də araşdırma aparır 31 İyul 2015 01:00 Dünya Türkiyədə prokurorluq PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Figən Yüksəkdağ haqqında araşdırmalara başlayıb. Şanlıurfa Cümhuriyyət Baş Prokurorluğu millət vəkilinin iyulun 19-da Suruç rayonunda çıxışı zamanı istifadə etdiyi “Kürəyimizi YPJ, YPG və PYD (PKK-nın silahlı qolları – red.) söykəyirik” sözləri ilə bağlı araşdırma aparır. O, terror təşkilatının təbliğatını aramaqda ittiham olunur. İttiham sübuta yetirildiyi təqdirdə, Baş Prokurorluq millət vəkilinin toxunulmazlığının qaldırılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edəcək. Qeyd edək ki, HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaşla bağlı da araşdırma başlayıb. Onun ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyalarla əlaqəli olmasını araşdırmağa başlayıb. Prokurorluq HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan və 24 ilədək azadlıqdan məhrum edilə bilər. Teqlər : #Türkiyədə prokurorluq HDPnin digər həmsədri barədə də araşdırma aparır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ferqusonda üç nəfər həbs olunub İran region ölkələrində tibb elmləri üzrə universitetlər yaratmağa hazırdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO