İran və Rusiya arasında Buşehr nüvə obyektinə dair müqavilə imzalanıb 02 Mart 2015 02:00 Dünya Rusiya Enreguatom şirkətinin prezidenti bu şirkətlə İran arasında imzalanan müqaviləyə əsasən İranın cənubunda yerləşən Buşehr nüvə stansiyasına xidmət göstərəcəklərini bildirib. Maide.az xəbər verir ki, Yevgini Romanov dünən bu məsələ ilə bağlı verdiyi bəyanatda İranla bu məsələdə 5 illik müqavilə imzaladıqlarını və bundan sonra Buşehr nüvə obyektləri ilə bağlı hər cür xidmət və təmir işlərini özlərinin edəcəyini açıqlayıb. Romanov həmçinin bu müqaviləyə əsasən İranın Buşehrdə yeni nüvə müəssisələr qurması halında bu müəssisələrə xidmət məsələsində də özlərinin əməkdaşlıq etmələrinin qərara alındığını deyib. İran Atom Enerji Təşkilatı ilə Rus Atom şirkəti arasında 2014-cü ildə imzalanan yeni müqaviləyə əsasən Buşehrdə nüvə stansiyanın ikinci və üçüncü sahəsinin inşa edilməsi də qərara alınmışdı. Teqlər : #İran və Rusiya arasında Buşehr nüvə obyektinə dair müqavilə imzalanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Buş və Çeyniyə Venesuelaya giriş qadağan edilib ABŞ-da polislər evsiz adamı güllələdilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO